DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan
AzVision.az-a verilən xəbərə görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dağlı kənd sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Yusifov saxlanılıb.
Belə ki , o, 1 kiloqram 815 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən elə iş başında yaxalanıb. Faktla bağlı RPŞ-də araşdırma aparılır.
AzVision.az