DİN-dən
AzVision.az-a verilən xəbərə görə, Sumqayıt ŞPİ-nin 3-cü və 4-cü Polis bölmələri əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri tədbirlərlə saxlanılan H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elbrus Hümmətovdan 430 qram, şəhər sakini, əvvəllər məhkum olunmuş Səfər Əliyevdən isə 485 qram marixuana aşkar edilərək götürülüb.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
AzVision.az