Sığorta bazarının 9 aylıq göstəriciləri açıqlanıb

Sığorta bazarının 9 aylıq göstəriciləri açıqlanıb
  29 Oktyabr 2018    Oxunub:3363
2018-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 568.5 mln. manat məbləğində sığorta haqları toplanıb, 186.9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Azvision.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, könüllü sığorta bazarı üzrə haqlar 414.9 mln. manat, ödənişlər isə137.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 153.6 mln. manat, ödənişlər isə 49.6 mln. manat olub.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i könüllü, 27%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73.5%-i könüllü, 26.5%-iisə icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Azvision.az



Teqlər: Sığorta   Bazar   Palata  





Xəbər lenti