Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb
  04 Dekabr 2018    Oxunub:5489
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
Azvision.az Mərkəzi Banka istinadla xəbər verir ki, AMB-nın valyuta ehtiyatları dekabrın 1-nə 5 milyard 590,9 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın müvafiq dövrü ilə müqayisədə 54,5 milyon dollar çoxdur. İlin əvvəlinə nisbətən valyuta ehtiyatları 256,3 milyon dollar artıb.

Azvision.az


Teqlər: MB   Valyuta  





Xəbər lenti