Prezident Murad Köhnəqalaya ev hədiyyə etdi

 Prezident Murad Köhnəqalaya ev hədiyyə etdi
  23 İyul 2019    Oxunub:5456
Prezident İlham Əliyev şair Murad Köhnəqalaya mənzil hədiyyə edib.
Azvision.az xəbər verir ki, bu barədə Murad Köhnəqala özü "Facebook" hesabında məlumat paylaşıb:

"Əziz dostlar! Mənzil problemimlə bağlı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi. Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən mənə zəng edərək bildirdilər.
Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram!

Qoy həmişə günəş olsun!".

Qeyd edək ki, bir qrup ziyalı şair Murad Köhnəqalanın mənzil probleminin həll ilə bağlı ölkə başçısına müraciət etmişdi.

Azvision.az


Teqlər: Prezident  





Xəbər lenti