Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 690 m² olan ikimərtəbəli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə, ikinci mərtəbəsində ümumi sahəsi 78 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə və 1 otağının tavanı 17 m² sahədə yanıb.
Binanın və mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azvision.az