“VAZ 2107”dən oğurluq edən şəxs saxlanılıb

“VAZ 2107”dən oğurluq edən şəxs saxlanılıb
  31 Avqust 2019    Oxunub:1799
Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus “VAZ 2107” markalı avtomobildən oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, avqustun 21-də vətəndaşa məxsus avtomobildən 520 manat dəyərində “Xiaomi Redmi Note 7” markalı telefon və 810 manat nağd pul oğurlanıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 29 yaşlı Seymur Məmmədov saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  



Xəbər lenti