Sabunçuda güclü yanğın olub

Sabunçuda güclü yanğın olub
  31 Avqust 2019    Oxunub:1560
Sabunçu rayonunda güclü yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə ümumi sahəsi 200 kvadratmetr olan taxtadan ibarət tikilidə qeydə alınıb. Nəticədə tikilinin 94 kvadratmetri və bitişik ümumi sahəsi 10 kvadratmetr olan köməkçi tikili yanıb.

Bundan başqa, yaxınlıqda ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli mağazanın dam örtüyünün bir hissəsi də yararsız vəziyyətə düşüb. Tikilinin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: FHN   Yanğın  



Xəbər lenti