Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
Azvision.az -a verilən məlumata görə, sentyabrın 3-də Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xaçmaz kəndi ərazisində Qəbələ rayonu Zərgərli kənd sakini Qafqaz Əhmədxanovdan müvafiq sənədləri olmayan “TOZ-28” markalı təklülə ov tüfəngi aşkar edilərək götürülüb.
Azvision.az