Təhsil Nazirliyindən
Azvision.az -a verilən məlumata görə, C.Bayramov Aydın Süleymanlını qazandığı uğur münasibətilə təbrik edərək, bu nailiyyətin ölkəmiz üçün qürurverici olduğunu deyib. Təhsil naziri ona gələcəkdə qatılacağı yarışlarda yeni-yeni qələbələr qazanmağı, Azərbaycanın bayrağını daim yüksəklərdə saxlamağı arzulayıb. C.Bayramov ölkəmizdə şahmatın gələcək inkişafında Aydının da xüsusi rolunun olacağına inamını ifadə edib.
Aydın Süleymanlı Təhsil nazirinə təşəkkürünü bildirib və gələcək arzularından danışıb. Görüşdə dünya çempionuna hədiyyələr təqdim edilib.
Azvision.az