Noyabrın 1-də saat 21 radələrində Siyəzən rayonu ərazisində Xaçmaz şəhər sakini H.İsmayılovun idarə etdiyi “Lada” və Bakı şəhər sakini S.Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə hər 2 sürücü və sərnişinlərdən 30-35 yaşlı 2 qadın hadisə yerində ölüb, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.