Daxili İşlər Nazirliyindən
Azvision.az -a verilən məlumata görə, dekabrın 17-də saat 5 radələrində Nəsimi rayonunun S.Rüstəm küçəsindəki mağazaların birindən qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən saxlanılaraq 21-ci Polis Bölməsinə təhvil verilib.
Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunan S.Zeynalov olması müəyyən edilib.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun dekabrın 7-də daha bir mağazadan 558 manat və tütün məmulatı oğurlaması da müəyyən edilib.
Azvision.az