Ustalar təmirə verilən avtomobili qaçırıb

Ustalar təmirə verilən avtomobili qaçırıb
  20 Dekabr 2019    Oxunub:4349
Dekabrın 6-da Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinə (PŞ) müraciət edən Bakı şəhər sakini R.Abdurrəhmanlı 20 Yanvar küçəsindəki avtomobillərin təmiri sexlərindən birinin qarşısından “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, həmin sexdə usta işləyən R.Əliyev H.B.Əliyev küçəsində avtomobillə birgə saxlanılıb.

Azvision.az


Teqlər: DİN  



Xəbər lenti