Piyadanı öldürüb qaçan sürücü saxlanıldı
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Opel Vektra” markalı 10-UE-602 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – Zəkiyev Elnur Zabit oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Elnur Zəkiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


