Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan mənzildə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə nəticəsində mənzilin əşyalarının bir hissəsi və kondisioner yanıb. Ev yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.