Elektron qolbaq daşıyan şəxs silahla saxlanıldı

Elektron qolbaq daşıyan şəxs silahla saxlanıldı
  02 Mart 2020    Oxunub:2173
Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yivli silah saxlamaqda şübhəli bilinən Zaqatala şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş və hazırda elektron qolbaq daşıyan Əşrəf Hacızadə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman “Belka” markalı odlu silah aşkar edilərək götürülüb. O, ifadəsində həmin silahı satmaq məqsədində olduğunu bildirib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində Ə.Hacızadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN  



Xəbər lenti