Axtarışda olan 45 nəfər saxlanıldı
Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.
Azvision.az
Teqlər: DİN