"Azərsu" bayramda gücləndirilmiş rejimdə işləyəcək
Tabeli təşkilatlarda iş ahənginin pozulmaması şərtilə işçilərin işə çıxmasına məhdudiyyətlər qoyulacaq. 60 yaşdan yuxarı şəxslər və öhdəsində azyaşlı uşaqları olan qadınlar, soyuqdəymə, halsızlıq və digər bu kimi hallar müşahidə edilən işçilər işə cəlb edilməyəcək.
955 Zəng mərkəzi bayram günlərində vətəndaşların müraciətlərini fasiləsiz qəbul edəcək, Cəmiyyətin facebook səhifəsindən edilən hər bir müraciət nəzarətə götürüləcək. Qəza, metrologiya xidmətlərinin fasiləsiz və operativ fəaliyyəti təmin ediləcək.
Azvision.az
Teqlər: Azərsu