Hikmət Hacıyev: “Dövlət üzərinə düşən vəzifəni yerinə yetirir”
Prezidentin köməkçisi bildirib ki, hadisələrin inkişaf tendensiyasına uyğun qərarlar qəbul edilir: "Dövlətimizin qəti iradəsi və əzmi var. Burada əsas meyar və məqam vətəndaşlarımızın sağlamlığının təmin olunmasıdır. Bütün kompleks və qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikasında digər ölkələrlə müqayisədə vəziyyət yaxşı haldadır. Məsuliyyətin bölünməsi anlayışından çıxış etsək, dövlət üzərinə düşən vəzifəni yerinə yetirir, Amma ölkə daxilində və xaricində olan vətəndaşlarımızın da üzərinə böyük məsuliyyət düşür. Burada ümumiləşdirmə etmək olmaz. Çünki tətbiq olunan xüsusi karantin rejiminə ciddi şəkildə əməl edən vətəndaşlarımız da var. Onların hər bir addımı dövlətə dəstəkdir".
Kənan Məmmədov
Azvision.az
Teqlər: Karantin Hikmət-Hacıyev Koronavirus