Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-də əcnəbi vətəndaşın mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş V.Tağıyev saxlanılıb.
Araşdırma aparılır.
Azvision.az