Dəmiryolda baş verən yanğınla bağlı açıqlama

Dəmiryolda baş verən yanğınla bağlı açıqlama
  04 Yanvar 2014    Oxunub:978
FHN Hacıqabulda dəmiryolda baş vermiş yanğının səbəbini açıqlayıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) Hacıqabulda dəmiryolda baş vermiş qəza ilə bağlı məlumat yayıb.

AzVision.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonu, Qarasu qəsəbəsi ərazisində Bakı-Ucar istiqaməti ilə hərəkət edən 43 vaqondan ibarət yük qatarında qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Qəza nəticəsində 7 vaqon relsdən çıxıb. Benzinlə dolu çənin üst qapağından sızan yanacaq yanıb. Relsdən çıxan 62 ton yanacaqla dolu çəndən yolun kənarına yanacaq dağılıb. Benzinlə və dizel yanacağı ilə dolu çənlər, eləcə də digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti