Daxili İşlər Nazirliyini Göyçay rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, mayın 2-də saat 18 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində rayon sakinləri R.Abdullayevin idarə etdiyi “Daewoo” və Ələkbər Babayevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.
Nəticədə Ə.Babayev hadisə yerində, sərnişini Aqşin Allahverdiyev isə xəstəxanada ölüb.
Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.