“Anam mənə Şuşada lay-lay deməyib” - Deputatları kövrəldən çıxış (VİDEO)

  “Anam mənə Şuşada lay-lay deməyib” -   Deputatları kövrəldən çıxış (VİDEO)
  08 May 2020    Oxunub:6426
“Mən Şuşadanam. Atam da, anam da, babam da, ulu babalarım da Şuşadandır”.
Azvision.az xəbər verir ki, bunu əslən Şuşadan olan Əsra Məmmədli Milli Məclisin bu gün keçirilən iclasında deyib. Onun sözləri deputatları kövrəldib.

Gənc qız Milli Məclisin tribunasında çıxış edərək bildirib: "Babalarının əcdadları da Şuşadandır. Mən təəssüf ki, Şuşada böyüməmişəm. Biz Şuşanı görməmişik. Yaşadığımız hissləri yəqin ki, anlayırsınız. Mən Şuşa haqqında valideynlərimdən eşitmişəm. Bilirəm ki, məni anlayırsınız. İstəyirəm ki, hisslərimi dünyaya çatdırasınız. Qoy, duysunlar ki, şuşalı olub Şuşanı görməmişəm. Şuşalıyam, fəqət anam mənə Şuşada lay-lay deməyib. Şuşalıyam, Şuşanın dağlarını görməmişəm. Şuşalıyam, Şuşanın bulaqlarının suyundan içməmişəm. Şuşada çıxan Xarıbülbülü görməmişəm. Şuşalıyam, Şuşada Qarabağ şikəstəsini dinləməmişəm. Qoy, dünya anlasın və bilsin ki, Şuşa mənim doğma torpağımdır. Qoy, hamı anlasın, hiss etsin ki, Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Torpaq müzakirə olunmur!”.



Azvision.az


Teqlər: Milli-Məclis   Şuşa  





Xəbər lenti