Yanvarın 10-u hava necə olacaq?
Rayonlarda yanvarın 10-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında çiskin olması gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 10-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, yanvarın 11-12-də atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü gilavar küləyinin xəzri küləyi ilə əvəz olunması meteohəssas insanlar diskomfort hissi yarada bilər.