Ağdaşda Heydər Əliyev Mərkəzi üçün yeni bina inşa edildi

Ağdaşda Heydər Əliyev Mərkəzi üçün yeni bina inşa edildi
  13 Yanvar 2014    Oxunub:1374
Ağdaş şəhərində Heydər Əliyev Mərkəzi üçün yeni bina tikilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Rayon icra hakimiyyətindən bildiriblər ki, ikimərtəbəli binanın tikintisinə ötən ilin mayında başlanılıb. Hörgü işləri artıq başa çatdırılıb, qapı-pəncərələr quraşdırılıb, daxildə suvaq, üzləmə və rəngləmə işləri görülüb. Hazırda binanın təmirində son tamamlama işləri görülür, ətrafı abadlaşdırılır.

Mərkəzdə konfrans zalı, kinozal, internet-kafe, muzey, xidməti otaqlar, kitabxana, elektron idarəetmə və multimedia otaqları olacaq, müxtəlif dərnəklər fəaliyyət göstərəcək.


Teqlər:



Xəbər lenti