TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı - STATİSTİKA
Bildirilib ki, bu gün koronavirusa görə 6478 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 334 863-ə çatıb.
Hazırda reanimasiyada olan xəstə sayı 113, süni tənəffüs cihazında olan xəstə sayı 20-dir.
Azərbaycanda bu günədək 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Azvision.az
Teqlər: TƏBİB Koronavirus