Arif Hacılının qardaşı Əli Kərimlini “vurdu”

Arif Hacılının qardaşı Əli Kərimlini “vurdu”
  13 Yanvar 2014    Oxunub:1592
“Əli Kərimlinin intriqaları artıq Müsavat cameəsini tam bezdiribmiş. Bu arada sədr aparatının volyuntarist şəkildə formalaşdırılması da qurumun antimüsavat mahiyyətini dəyişəcəyinə olan son inamı da məhv edib”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri Əhrar Partiyasının sədri, Müsavat funksioneri Arif Hacılının qardaşı Vaqif Hacıbəyli bildirib.
Partiya sədri bildirib ki, Əli Kərimli və tərəfdarlarının son olaylardan sonra bir daha ifşa olub:

“Müsavatın bu qərarı partiyanı siyasi rəqiblərin hədəfinə gətirdi və mən bu qərarı ən azı taktiki cəhətdən qüsursuz saymıram.Aparılan total antitəbliğatın fonunda partiyanın marotorium qərarı da siyasi texnoloqiya baxımından qüsursuz deyil. Bu proses ümumilikdə müxalıfətin,o cümlədən Müsavatın nüfuzunda müəyyən izlər buraxacaq.

Amma hər bir zərərdə bir xeyir də var. Əli Kərimli və ətrafının qeyri-sağlam siyasi mübarizə metodlarının bütün çılpaqlığı ilə bir daha ifşa olunması Azərbaycan siyasi mühitinin yenidən formatlanmasında mühüm rol oynaya bilər. Bu mənada Xalid Kazımlının qeydlərindəki bəzi məqamlar diqqəti xüsusi cəlb edir”.

AzVision.az


Teqlər:



Xəbər lenti