Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
  15 İyun 2020    Oxunub:6223
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.
Azvision.az xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”

Azvision.az


Teqlər: Birincivitse-prezident   MehribanƏliyeva   MilliQurtuluşGünü  





Xəbər lenti