Azvision.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.
Əlavə məlumat veriləcək.
Azvision.az