BMT Baş katibi: “İnsan təbiətlə müharibə aparır”

   BMT Baş katibi:    “İnsan təbiətlə müharibə aparır”
  03 Dekabr 2020    Oxunub:1865
İnsan təbiətlə intihara bərabər müharibə aparır.
Azvision.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Bəşəriyyət təbiətlə müharibə aparır. Bu intihardır. Təbiət hər zaman cavab zərbəsi endirir və artıq bunu artmaqda davam edən gücü və qüvvəsi ilə edir”, - deyə A.Quterreş bildirib.

Onun sözlərinə görə, bioloji müxtəliflik dağıdılır, bir milyon növ məhv olmaq təhlükəsi qarşısında qalıb. Ekoloji sistem göz önündə tələf olur, səhralar genişlənir: “Biz hər il 10 milyon hektar meşə sahəsini itiririk”.

A.Quterreş qeyd edib ki, plastik tullantılar içərisində boğulan dünya okeanı tükənir və mərcan rifləri məhv olur. Havanın çirklənməsi səbəbindən hər il 9 milyon insan həyatını itirir. İnsanlar heyvanların yaşayış mühitinə daha çox daxil olur və vəhşi təbiəti məhv edir: “Unutmayaq ki, insan həyatına təhlükə törədən yeni infeksiyaların 75 faizi heyvan mənşəlidir”.

Azvision.az


Teqlər: BMT  





Xəbər lenti