“O bizdə çalışmır”- Kapital Bankdan açıqlama

“O bizdə çalışmır”- Kapital Bankdan açıqlama
  22 May 2014    Oxunub:1236
"Kapital Bank" ASC Bankın Kürdəmir rayon filialının keçmiş müdiri Əlimövsüm Ağayev barəsində cinayət işinin açılması haqqında Baş Prokurorluğun yaydığı xəbərə aydınlıq gətirib.

Bankın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bankın məsələ ilə bağlı açıqlamasında bildirilib ki, 2008-ci ilə aid bu pozuntu bir neçə ay əvvəl Kürdəmir rayon filialında aparılmış bankdaxili yoxlama zamanı üzə çıxarılıb. Bank tərəfindən faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma nəticəsində cinayət işi açılıb.

Məlumata görə, adıçəkilən Əlimövsüm Ağayev 6 aprel 2012-ci ildən Kapital Bankda çalışmır.


Teqlər:



Xəbər lenti