Paşinyan: "Rusiya sərhədçilərinin Meğri yaxınlığında nə tikdiyini yoxlayacağıq"

      Paşinyan:    "Rusiya sərhədçilərinin Meğri yaxınlığında nə tikdiyini yoxlayacağıq"
  22 May 2023    Oxunub:1687
Meğri şəhəri yaxınlığında Rusiya tərəfinin apardığı tikinti ilə bağlı məlumatları yoxlamaq lazımdır.
AzVision.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında Rusiya Federasiyası FTX-nin Sərhəd Xidmətinin Meğridə apardığı iddia edilən irimiqyaslı infrastruktur işləri ilə bağlı sualı cavablandırarkən deyib.
"Azərbaycanın 86,6 min kv.km ərazisinə Qarabağ da daxildir" - Paşinyan


Paşinyanın sözlərinə görə, Rusiya sərhədçilərinin bütün hərəkətləri Milli Təhlükəsizlik Xidməti ilə razılaşdırılaraq həyata keçirilməlidir. Baş nazir bildirib ki, əgər tikinti işləri razılaşdırılmış çərçivədən kənara çıxarsa, Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə problemlər yaradırsa, o zaman bu məsələ mütləq müzakirə olunacaq:

"Təbii ki, bizimlə razılaşdırılmış yerləşdirmə məntəqələri var. Lakin bu, o demək deyil ki, bu yerləşdirmə daimi əsasda olmalıdır. Vəziyyətdən çıxış edərək, bütün detalları rusiyalı həmkarlarımızla müzakirə edəcəyik", - o əlavə edib.

Qeyd edək ki, ikitərəfli razılaşmaya əsasən, Rusiya sərhədçiləri Ermənistanla İran arasında sərhədin bir hissəsini qoruyur və nəzarət-buraxılış məntəqəsi Meqridə yerləşir.

Paşinyan şikayətləndi: "KTMT-yə üzvlük İrəvana silah əldə etməyə mane olur"

Aytən Zəhra
AzVision.az


Teqlər:   Meğri  



Xəbər lenti