Paşinyan: Delimitasiya 1975-ci il xəritələrinə əsasən planlaşdırılır |
Mətbuat konfransı zamanı Ermənistan Respublikası hökumətinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb-tanımaması ilə bağlı aydınlaşdırıcı sualı cavablandıran Paşinyan bildirib ki, ölkənin bütün hökumətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
“Və əgər Azərbaycanla biz bir-birimizi düzgün başa düşürüksə, İrəvan Azərbaycanın ərazi bütövlüyünü müəyyən edilmiş sərhədlər daxilində, Bakı isə 29 min 800 kv.km daxilində Ermənistanın ərazi bütövlüyünü tanıyır”, - deyə o qeyd edib.
Ermənistan hökumətinin başçısı vurğulayıb ki, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Xankəndi ilə Bakı arasında müzakirə edilməlidir və beynəlxalq təminat lazımdır.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rıkyavikdə keçirilən Avropa Şurasının sammitində çıxışı zamanı Azərbaycanın 86,6 min kv.km ərazisi daxilində ərazi bütövlüyünü tanıdığını bəyan edib.
Paşinyan şikayətləndi: "KTMT-yə üzvlük İrəvana silah əldə etməyə mane olur"
Şahanə Rəhimli
AzVision.az