|
| "Sanksiyalar "Şimal axını"ndakı partlayışın araşdırılmasına mane oldu" - Reuters |
"The Times" həmçinin aşkar şəkildə qeyd edib ki, Kiyev təxribatın təşkilatçısı sayılır: "Gəmidə olan və təlim keçmiş dalğıclar təxminən 70 metr dərinliyə bombalar yerləşdiriblər. İstintaqı aparan şəxslər əməliyyatın Ukrayna xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirildiyi qənaətinə gəliblər. Onlar məlum qalmaqallı insidentlə Ukrayna hakimiyyəti arasında əlaqəni araşdırırlar".
Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit bir müddət öncə jurnalistlərə verdiyi açıqlamada demişdi ki, Berlin “Şimal axını”ndakı təxribatında Ukraynanın izininin olması ilə bağlı Avropa mediasının təqdim etdiyi materiallardan xəbərdardır. lakin onlar bu mövzuda spekulyasiya etməyəcəklər. O xatırladıb ki, Almaniya hökuməti bundan əvvəl də bəyan etmişdi ki, bu mövzuda yalnız günahkarların əməlinə dair “təkzibedilməz sübutlar” olduqda danışacaqlar.
Rusiya prezidenti Vladimir Putin isə hadisə ilə bağlı öz versiyasını səsləndirərkən demişdi ki, “Şimal axını”nı Avropanı Rusiya qazı ilə yalnız Ukrayna ərazisindən təmin etməkdə maraqlı olan biri partladıb".
Xatırladaq ki, ötən ilin oktyabrında sözügedən kəmərdə genişmiqyaslı sızmalar olmuşdu. Avropa ölkələri Kremlin Avropa İttifaqına qarşı enerji müharibəsinin əsas silahına çevrilmiş bu sualtı qaz kəmərlərində təxribat törətməsindən şübhələnirdi.
Qəza Rusiyanın Ukraynaya təcavüzünün güclənməsi fonunda, oktyabrın 1-də Avropada istilik mövsümünün başlaması ərəfəsində və Norveçdən Polşaya alternativ sualtı qaz kəmərinin açılışı ərəfəsində baş vermişdi.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


