Mehriban Əliyeva və qızları sərgidə - FOTOLAR

Mehriban Əliyeva və qızları sərgidə - FOTOLAR
  31 May 2014    Oxunub:1540
Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi ilə tanış olublar.

Gündəlik fəaliyyətində sosial, ətraf mühit, mədəniyyət və incəsənət məsələlərinə böyük diqqət ayıran Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərgilənən işlərlə yaxından tanış olmuş, rəssamlarla fikir mübadiləsi aparmış və sərginin işinə uğurlar arzulayıb.

Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığının, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Gallery” incəsənət qalereyasının birgə dəstəyi ilə keçirilən sərgidə məişət tullantılarından hazırlanan müxtəlif sənət nümunələri nümayiş etdirilir.

İyunun 3-dək davam edəcək sərgini izləmək istəyən hər kəsin iştirakını təmin etmək məqsədilə İçərişəhərdən - Qoşa qala qapısının önündən saat 12:00 və 15:00-da olmaqla gündə iki dəfə pulsuz avtobus turları təşkil olunacaq.

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti, Leyla Əliyeva və Arzu Əliyeva “Ekosfera” Sosial-Ekoloji Mərkəzinin düşərgəsi ilə tanış olublar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva festivalda iştirak edən uşaqlarla ünsiyyətdə olmuş, onlarla xatirə şəkilləri çəkdiriblər.

1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində keçirilən festivala Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistan, Bosniya və Herseqovina, Rusiya Federasiyası və digər ölkələrdən gəlmiş qonaqlar bu möhtəşəm tədbirdə iştirak etmələrinə yaradılan imkana görə Fondun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Qalereya




Teqlər:  



Xəbər lenti