Zelenski Belarusdakı səfiri geri çağırıb

Zelenski Belarusdakı səfiri geri çağırıb
  22 İyun 2023    Oxunub:854
Ukraynanın Belarusdakı səfiri geri çağrılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski əmr imzalayıb. KİV-də yayılan fərmanda ölkənin Belarusdakı səfiri İqor Kiziminin heç bir izahat verilmədən istefaya göndərildiyi qeyd edilib.

Qeyd edək ki, Kizim 2017-ci ildən Minskdə səfir işləyib. İlk dəfə Kizim 2020-ci ildə məsləhətləşmələr üçün Kiyevə geri çağırılıb. Sonra aydın oldu ki, bu, Ukrayna-Belarus münasibətlərinin perspektivlərini “yeni reallıqda” qiymətləndirmək və bu məsələ ilə bağlı qərarlar formalaşdırmaq üçün lazımdır.

AzVision.az


Teqlər: Ukrayna   Belarus  



Xəbər lenti