“Taxıl müqaviləsi” ilə bağlı danışıqların başlayacağı tarixi açıqlandı

“Taxıl müqaviləsi” ilə bağlı danışıqların başlayacağı tarixi açıqlandı
  26 İyun 2023    Oxunub:1015
Ən yüksək səviyyədə “Taxıl müqaviləsi”nin müddətinin uzadılması üzrə danışıqlar bu ilin iyulunda başlaya bilər.
Bu barədə “RİA Novosti”yə proseslə tanış olan mənbə məlumat verib. Qeyd olunub ki, sövdələşmə ətrafında vəziyyət nikbinlik yaratmır, lakin çox güman ki, iyulun əvvəlində danışıqlar intensivləşəcək.

Xatırladaq ki, 18 iyulda “Taxıl müqaviləsi”nin müddəti bitir. Müqavilə Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukraynanın taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur.


AzVision.az


Teqlər:



Xəbər lenti