Aİ-nin Ukraynaya göstərdiyi yardımın məbləği açıqlanıb

Aİ-nin Ukraynaya göstərdiyi yardımın məbləği açıqlanıb
  29 İyun 2023    Oxunub:983
Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya 72 milyard avro dəyərində müxtəlif yardımlar göstərib.
Avropa Parlamenti nümayəndələrinin təqdim etdiyi sənəddə qeyd olunur ki, ən böyük iqtisadi yardım Aİ-də 37,8 milyard avro dəyərində qiymətləndirilib. Digər 17 milyard avro Aİ ölkələri daxilində ukraynalı qaçqınlara, 15,3 milyard avro hərbi və təxminən 2 milyard avro humanitar yardım olub.

Sənəddə ayrı-ayrı ölkələr tərəfindən müəyyən növ yardımların göstərilməsi haqqında da məlumat verilir. Yardımın ümumi məbləği 26,181 milyard avro təşkil edib.

Yalnız İrlandiya, Macarıstan, Kipr və Malta Ukraynaya hərbi yardım göstərməyib.

AzVision.az


Teqlər:



Xəbər lenti