Nikolu təhqir edən "Sasna Tsrer" liderinin oğlu saxlanıldı

   Nikolu təhqir edən    "Sasna Tsrer" liderinin oğlu saxlanıldı
  03 İyul 2023    Oxunub:1310
Ermənistanın "Sasna tsrer" hərəkatının liderlərindən olan Varujan Avetistanın oğlu David Avetisyan saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Milli Demokratik Qütb isə Davidin saxlanması qərarının Paşinyan hakimiyyət üçün özünü məhv etmək yolunda böyük addım adlandırıb.

“David Varujanoviç Avetisyan xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bu, polisin rəyi ilə “təsdiqlənib”. Vəkil Araik Papikyanın sözlərinə görə, istintaq orqanı Davidin “satqın” ifadələrini təhqir kimi qiymətləndirib", - məlumatda deyilir.

Xatırladaq ki, bir müddət öncə David Avetisyan İrəvan parklarından birində Paşinyana yaxınlaşaraq sərt ifadələrlə baş nazirin siyasətindən narazılığını bildirib. Avetisyan xuliqanlıqda şübhəli bilinərək saxlanılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti