Ərdoğan Stoltenberq və Kristerssonla görüşdü

 Ərdoğan Stoltenberq və Kristerssonla görüşdü
  10 İyul 2023    Oxunub:1198
NATO dövlət və hökumət başçılarının Vilnüs sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq və İsveçin Baş naziri Ulf Kristersson arasında üçtərəfli görüş keçirilib.
AzVision.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidentinin Vilnüsdə ikinci görüşü Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə olacaq.

Hər iki görüş mətbuata qapalıdır. Agentliyin məlumatına görə, iyulun 11-də Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti