Uçan keçidin sahibi tapıldı
Keçidin uçması ilə bağlı aparılan istintaqla da maraqlandıq. İşi araşdıran Səbail Rayon Polis İdarəsinin müstəntiqi Qüdrət Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, hələlik cinayət işi faktla bağlı başlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi ilə iş başlanıb və araşdırılır. İstintaqın gedişində keçidin qanuni və ya qanunsuz tikilməsi ilə bağlı məsələlər də araşdırıla bilər.
Keçidin hansı səbəbdən ümumi deyil, bir kompleks üçün tikilməsi ilə bağlı “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevə suallarımız olsa da, qurum rəsmisi dəfələrlə etdiyimiz zəngləri cavabsız qoydu.