İranın turizm sahəsində mövqeləri əhəmiyyətki dərəcədə zəifləyib

İranın turizm sahəsində mövqeləri əhəmiyyətki dərəcədə zəifləyib
  12 İyul 2023    Oxunub:1042
İrana gələn xarici turistlərin sayında nəzərəçarpacaq dərəcədə azalma, dünya turlarında İranın adının səyahət yerlərindən çıxarılmasının mümkünlüyünu gösətərir.
AzVision.az xəbər verir ki, İranın Turoperatorları assosiasiyasının idarə heyətinin sədri İbrahim Purfərəcin İSNA agentliyinə verdiyi müsahibədə xarici turistlərin çoxunun hazırda qonşu ölkələrdən, xüsusən də İraqdan ziyarət üçün İrana gəldiyini və bir neçə günlük ölkənin şimal bölgələrinə gedə bildiklərini qeyd edib.

- İran əsl turist axtarmalıdır. Biz dünyada səyahət edən və İrana gəlməyən turistləri gətirməliyik ki, şəraiti yaxından görsünlər. Bizim işimizin əsası, məsələn, İraqdan İrana 100 min insan gəlirsə və bu rəqəm bizim üçün kifayətdirsə, qalan turizm bazarlarını bağlamaq olmamalıdır. Narahatlıq var ki, bu prosedur uzanarsa, bir müddət sonra İranın adı daha səyahət istiqamətləri arasında olmayacaq”, - Purfərəc deyib.

Xarici turistlərin sayının nəzərəçarpacaq dərəcədə azalmasıyla yanaşı son aylarda qadınların hicabsız gəzməsi səbəbindən turizm mərkəzlərinin möhürlənməsi və bağlanması ilə bağlı xəbərlər dərc olunur. Digər tərəfdən, son aylarda bir neçə Avropa ölkəsi də öz vətəndaşlarına İrana səfərdən çəkinmək barədə xəbərdarlıq edib.

Ümumdünya Turizm təşkilatının statistikasına əsasən, xarici turistlərin İrana gəlişi 2019-cu ildə 9 milyondan çox olduğu halda, 2021-ci ildə bu göstərici 1 milyondan aşağı düşüb. Ötən ilin statistikası ilə bağlı hesabat isə hələ dərc edilməyib.
AzVision.az


Teqlər: İran   turizm  



Xəbər lenti