Məmmədyarov çex nazirlə görüşdü - FOTO
AzVision.az-ın məlumatına görə, ikitərəfli və geniş tərkibli görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər. Elmar Məmmədyarov görüşdə çexiyalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdiyini bildirib.
O deyib ki, müzakirələr zamanı Azərbaycan-Çexiya əlaqələrinin inkişaf perspektivləri diqqət mərkəzində olub. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında təhsil, turizm, iqtisadiyyat, enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı danışıqlar aparılır. Hazırda Çexiyada 220 tələbənin təhsil aldığını deyən E. Məmmədyarov gələcəkdə bu rəqəmin daha da artırılması üçün müzakirələrin aparıldığını vurğulayıb.
Nazir Lubomir Zaoralek Çexiyanın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyib.
Lubomir Zaoralek azərbaycanlı iş adamlarını bu ölkənin iqtisadiyyatına investisiyalar qoymağa dəvət edib. O, həmçinin bildirib ki, Çexiya şirkətləri Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrində iştirak etməyə, xüsusilə “TANAP” layihəsinə qoşulmağa böyük maraq göstərirlər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


