Kürd fəallar İrandan cavab istəyirlər

Kürd fəallar İrandan cavab istəyirlər
  15 İyul 2023    Oxunub:1176
Son həftə ərzində bir neçə kürd siyasi məhbusun ölümündən sonra Kürdüstanın yüzlərlə siyasi, mülki və insan haqları fəalı bəyanat yayaraq İranın məsul qurumlardan cavab tələb ediblər.
AzVision.az xəbər verir ki, bəyanatı imzalayanlar “əsassız həbslər” və “bəzi kürd siyasi məhbusların həbsxanalarda ölməsi” faktlarını sadalayaraq, məhbusların ailələri və ictimaiyyət arasında ciddi narahatlıqlar olduğunu bildiriblər.

“Siyasi məhbusların həyatını xilas etmək üçün hüquqi məsuliyyət məhkəmə işçilərinin və əlaqədar təhlükəsizlik qurumlarının üzərinə düşür. Bu məsələdə istənilən gecikmə və çatışmazlıq ictimai həssaslığı ikiqat artıracaq. Bu ölümlərlə bağlı məsul qurumların şəffaflığı və hesabatlrarı lazımdır”, - bəyanatda deyilir.

Ötən günlərdə iki kürd siyasi məhbusun, 24 yaşlı Məhabad sakini Peyman Gelvaninin və Piranşəhr sakini olan 35 yaşlı Musa İsmailinin cəsədləri Urmiyadakı təhlükəsizlik orqanları tərəfindən ailələrinə təhvil verilib.

Ölən məhbusların ailəsi onların bədənlərindəki işgəncə izlərinin aşkarlandığını açqılayaraq, bu məhbusların işgəncə nəticəsində ölməsini “hökumət qətli” adlandırıblar. Lakin dbu ittihamları rədd edən dövlət qurumları, Peyman Gelvaninin xəstəlik nəticəsində öldüyünü, Musa İsmailinin isan İran hökumətinin məmurları ilə silahlı qarşıdurma zamanı öldürüldüyünü bildiriblər.
AzVision.az


Teqlər: İran   kürdlər  



Xəbər lenti