Seddiqi: Hicabsızlıq insanları yüksək qiymətlərdən çox narahat edir
“İran xalqı dini baxımdan qeyrətlidir və qiymətlərin bahalaşmasından çox hicabın açılmasından narahatdır. Hicabsızların bəziləri hicab pərdəsini qırmaq üçün xaricilərdən və düşmənlərdən pul alırlar. Bəzi hicabsız şəxslərə çox ciddi yanaşmaq və onlara qarşı qanuni tədbirlər görmək lazımdır. Onlar düşməndən xətt çəkib, təsir kimi sistemi məhv etməyə çalışırlar”, - Seddiqi deyib.
Kazım Seddiqi dəlil-sübut gətirmədən, küçələrdə və təcridxanalarda məmurların qadınlara qarşı hörmətsizliyini və təcavüzünü yada salmadan belə gülünc iddia irəli sürüb.
O, qiymət artımı məsələsin qeyd etsə də, ölkədəki yoxsulluğa əhəmiyyət verməyən hakimiyyətin hicabdan bərk-bərk yapışdığını “yapışdığını” vətəndaşlar mütəmadi şəkildə sərt tənqid edirlər.
Hər gün ictimai yerlərdə müxtəlif yaş qruplarından olan qadınların əksəriyyətinin hicabsız şəkilləri və videoları yayılsa da, hakimiyyət hələ də məcburi hicaba məhəl qoyulmamasına qarşı etirazını və aqressiyasını davam etdirir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


