900 nəfər qeydiyyatdan keçib

900 nəfər qeydiyyatdan keçib
  04 İyun 2014    Oxunub:954
2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na elan edilmiş müsabiqəyə sənəd qəbulu uğurla davam etməkdədir.

Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, artıq 900-ə yaxın namizəd müsabiqə üçün qeydiyyatdan keçib və onlar öz ərizələrini tamamlamaqdadırlar. Bir neçə namizədlə müsahibə baş tutub, müsabiqənin növbəti mərhələsinə keçən namizədlər bu haqda müvafiq qaydada məlumatlandırılıblar. Hazırda müsahibə cədvəlləri hazırlanır, növbəti həftə üçün dəvətlər göndərilməyə başlanılmışdır və artıq hər iki tərəf müsahibə anını səbirsizliklə gözləyir;

Nazirlikdən bildiriblər ki, ərizənin qəbulu zamanı texniki problemlər barədə bzən nasazlıqlar olur, bu zaman isə [email protected] ünvanı ilə namizədlər əlaqə saxlaya bilərlər.

Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələr sırasında dünyanın ən nüfuzlu universitetlərində təhsil alanların sayı ilbəil artır. Artıq növbəti tədris ili üçün keçirilən sənəd qəbulunda da ilk müraciət edən namizədlər arasında dünyanın nüfuzlu ali məktəblərində (Harvard University, Yale University, Cambridge University və s.) təhsil almaq hüququ qazananlar var.



Teqlər:  



Xəbər lenti