Nəvəsinə işgəncə verən nənə: "Uşaq nevroloji xəstədir"

      Nəvəsinə işgəncə verən nənə:    "Uşaq nevroloji xəstədir"
  11 Avqust 2023    Oxunub:1410
Sosial şəbəkələrdə Sumqayıt şəhərində yaşayan azyaşlının nənəsi tərəfindən qeyri-insani rəftara məruz qalması ilə bağlı məlumatlar yayılıb.
Nəvəsinə şiddət göstərdiyi deyilən nənə Ülviyyə Abdullayeva Baku TV-yə açıqlama verib.
Nəvəsinə işgəncə verən nənəyə cinayət işi açıldı


O, nəvəsinə fiziki zorakılıq tətbiq etmədiyini deyib:

“Əminəyə qışqırırdım, onu danlayırdım. Onu cəzalandırmaq üçün deyirdim ki, qapının arxasında dayan, bir saat oyuncaqla oynamayacaqsan. Amma döymək mənim tərbiyəmə ziddir”.

Ü.Abdullayevanın sözlərinə görə, nəvəsi nevroloji xəstədir:

“Stolun, çarpayının üstünə çıxır. Yanında adam olmayanda özünü yerə çırpır”.

Nənə həmçinin qeyd edib ki, onu polisə şikayət edən şəxs nəvəsini sənədsiz şəkildə övladlığa götürən qadındır:

“Məni şikayət edib ki, uşağı məndən alıb, ona versinlər. Bu, mümkün deyil. Uşağı dövlət məndən alsa belə, onlara verilməyəcək”.



AzVision.az


Teqlər:  



Xəbər lenti