Möhsün Pakayin:`Düşmənin planı iflasa uğradı`

Möhsün Pakayin:`Düşmənin planı iflasa uğradı`
  06 İyun 2014    Oxunub:994
`İran-Azərbaycan əlaqələri yüksək səviyyədədir və uğurlu gələcəyə malikdir`.
AzVision.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfir Möhsün Pakayin jurnalistlərə açıqlamasında deyib.
Səfir vurğulayıb ki, ölkələrimiz arasındakı münasibətləri korlamağa cəhd göstərən qüvvələrin planlarının iflasa uğrayıb: `Bizim müxtəlif ölkələr ilə dostluq meyarımız bəzi dövlətlər və qeyri-hökumət təşkilatlarının siyasi baxışından deyil, xalqın rəyindən ibarətdir. Azərbaycan Respublikası ilə münasibətlərin möhkəmlənməsini də xalqlarımızın istəyi hesab edirik`.

Möhsün Pakayin İran və Azərbaycan xalqlarının dərin mədəni köklərlə bağlı olduqlarını söyləyib: `Mərhum Prezident Heydər Əliyev İran ilə dostluq münasibətlərinə önəm verirdi. Bu gün də Azərbaycan Respublikasında həmin siyasət davam etdirilir. İran rəhbərli də Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsinə əhəmiyyət verir. Bununla bağlı iqtisadi planların icrası tədricən səmərəsini verəcəkdir. Biz gələcəkdə iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinin şahidi olacağıq`.


Teqlər:



Xəbər lenti