Arif Əmrahoğlu xəstəxanaya düşdü
Xanımı əlavə edib ki, xərçəng təhlükəsinin olması barədə həkimlər yalnız ehtimal edirlər: “Bu, ancaq ehtimaldır, həkimlər belə bir şeyi gözləyirlər. Amma dəqiq diaqnoz olmadan, heç nə demək olmaz”.
Qeyd edək ki, Arif Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” və s. kitabların müəllifidir. Ədəbiyyatşünas alim A. P. Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində nəşr olunan M.F. Axundovun “Seçilmiş əsərləri”nin tərtibçisidir. A. Əmrahoğlu uzun illərdir Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.







Vaxtında, Aydın, Lazımlı!


