Ağır yol qəzasından sürücü sağ çıxdı

Ağır yol qəzasından sürücü sağ çıxdı
  07 İyun 2014    Oxunub:925
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Bakı-Qazax yolunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, məlumata görə, Bakı-Qazax yolunun 127-ci kilometrində, Şamaxı rayonunun ərazisində “MAN” markalı yəhərli-dartıcı və “Mercedes” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri almış “Mercedes” markalı yük avtomobilinin sürücüsü xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılıb.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teqlər:



Xəbər lenti